Ordubad rayonunda qəza baş verib, 6 nəfər xəsarət alıb.
“İki sahil” NUHÇIXAN-a istinadla xəbər verir ki, hadisə rayonun Aza kəndi ərazisində qeydə alınıb.
Belə ki, "NAZ-Lifan" markalı avtomobillə "Lada" markalı avtomobil toqquşub. Hadisə nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq