Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar instaqramdakı rəsmi səhifəsində paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda deyilir: "Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram!
Dərin hörmət və sevgilərlə, Sizin Mehriban".
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb