01 yanvar 2025 00:12
178

Dövlət suverenliyi tam bərpa edilmiş Azərbaycan Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

Yola saldığımız 2024-cü il ölkəmizin inkişaf salnaməsinə uğur səhifəsi kimi yazıldı. Azərbaycan ötən bir ildə beynəlxalq mövqelərini daha da gücləndirdi, siyasi, iqtisadi və digər sahələrdə diqqətçəkən irəliləyişlərə nail oldu.

Vətən müharibəsində qazanılmış Zəfər siyasi-diplomatik müstəvidə möhkəmləndirildi. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə olunmuş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın ən dəyərli milli sərvətidir. Azad olunmuş torpaqlarda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış yolunda inamlı addımlar atılır.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda atəşfəşanlıq keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan sakinlər və şəhərin qonaqları böyük maraqla izləyiblər.