Aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.
“İki sahil” xəbər verir ki, ATU-nun mətbuat katibi Günel Aslanova bildirib ki, aktyorun ürək fəaliyyəti yenidən bərpa olunub və hazırda onun vəziyyəti ağır kritik olaraq qalır:
"Xəstə koma vəziyyətində xəstəxanaya daxil olub. Lakin daha sonra müdaxilələrə baxmayaraq xəstənin ürəyi dayanıb. Bununla bağlı məlumat yaydıqdan dəqiqələr sonra bəlli oldu ki, həkimlərin səyləri nəticəsində xəstənin ürək döyüntüləri bərpa edilib. Hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Reanimasiyadadır, vəziyyəti ağır kritik olaraq qalır".
***
Koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən tanınmış aktyor Azər Baxşəliyev vəfat edib.
Bu barədə "İki sahil"ə ATU-dan məlumat verilib.
***
Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağırdır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetindən məlumat verilib.
Bildirilib ki, o xəstəxanaya gələrkən koma vəziyyətində olub: "Azər Baxşəliyev vəfat etməyib. Hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Xəstəxanaya gətirilərkən koma vəziyyətində olub".