02 yanvar 2025 21:50
146

İsveç Rumıniya üçün yeni "Patriot" sistemləri üçün 27 milyon dollar ayırır

İsveç hökuməti “Ukraynanın hava hücumundan müdafiəsini dolayısı ilə gücləndirmək” üçün 300 milyon kron (27,3 milyon dollar) ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsveç hökuməti mətbuat xidməti bildirib.

Məlumata əsasən, vəsait Rumıniyaya göndəriləcək ki, o, Ukraynaya köçürülənləri əvəz etmək üçün yeni "Patriot" hava hücumundan müdafiə sistemləri ala bilsin.

Qeyd edək ki, İsveç payızda Almaniyanın rəhbərlik etdiyi Hava Hücumundan Müdafiə üzrə Dərhal Fəaliyyət (IAAD) layihəsində iştirakın bu formasında maraqlı olduğunu açıqladı.