02 yanvar 2025 23:50
147

FTB: Nyu Orlean və Las-Veqasdakı terror aktları arasında heç bir əlaqə yoxdur

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Luiziana ştatının Nyu Orlean və Nevada ştatının Las-Veqas şəhərlərində törədilən terror aktları arasında heç bir əlaqə görmür.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə FTB direktorunun köməkçisinin müavini Kristofer Raya mətbuat konfransında bildirib.

"Hazırda Nyu Orleandakı terror aktı ilə Las-Veqasdakı terror aktı arasında konkret əlaqə yoxdur", - o vurğulayıb.

Daha əvvəl bildirilib ki, Nyu Orlean şəhərində terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına hərəkət edib.