03 yanvar 2025 00:03
148

"Aston Villa" "Borussiya" ilə danışıqlar aparır

"Aston Villa" Dortmund "Borussiya"sının futbolçusu Doniyell Maleni heyətinə cəlb etmək istəyir. 

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

25 yaşlı hücumçunun özü İngiltərə Premyer Liqasında oynamaq istəsə də, Almaniya klubu ilkin təklifi rədd edib. Hazırda klublar arasında danışıqlar davam edir. 

Qeyd edək ki, Doniyell Malen bu mövsüm "Borussiya"nın heyətində 20 oyuna çıxaraq 5 qol vurub və 1 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.