03 yanvar 2025 00:51
152

Amorim rəhbərlikdən Gyökereşi istədi

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "Sportinq"in futbolçusu Viktor Gyökereşin transferini tələb edib. 

“İki sahil” xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 

Portuqaliyalı mütəxəssis futbolçuları Markus Reşford və Coşua Zirzeyeni yaxın həftələrdə klubdan buraxmaq istəyir. Bildirilir ki, Amorim klubun rəhbərliyinə Gyökereşin transferini yaya qədər gözləyə bilməyəcəyini çatdırıb. 

Qeyd edək ki, Ruben Amorim və Viktor Gyökereş "Sportinq"də bir çalışıblar. 26 yaşlı isveçli futbolçu bu mövsüm Portuqaliya təmsilçisinin heyətində 27 matça çıxaraq 27 qol vurub və 6 qolun ötürməsini edib.