Türkiyənin "Fənərbağça" klubunun məşqçisi Joze Mourinyo İtaliya təmsilçisi "Milan"dan gələn təklifi geri çevirib.
“İki sahil” xəbər verir ki, təcrübəli məşqçi "Milan" rəsmiləri ilə görüş zamanı mövsümü "sarı-lacivərtlilər"in heyətində başa vurmaq niyyətində olduğunu bildirib.
Eyni zamanda, Mourinyo mövsümün sonunda "Milan" klubunun baş məşqçisi postuna keçidi nəzərdən keçirməyə razılıq verib.
Qeyd edək ki, Joze Mourinyo sonuncu dəfə İtaliyanın "Roma" klubunda çalışıb.