"Araz-Naxçıvan" futzal klubu yeni baş məşqçisi ilə müqavilə bağlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib. O, Yevgeni Kukseviçlə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə imzaladıqlarını bildirib. Rusiyalı mütəxəssis son olaraq ölkəsinin "Norilskiy Nikel" kollektivini çalışıdrıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" Yüksək Liqanın turnir cədvəlində 16 xalla 6 komanda arasında üçüncüdür.