Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 62,7 milyon ABŞ dolları dəyərində 60,5 min ton düyü idxal edib.
“İki sahil” xəbər verir ki, bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat bildirilib. Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 16,4 milyon ABŞ dolları və ya 35,3%, həcm baxımından isə 9,5 min ton və ya 18,6% çoxdur. Ötən ilin ilk 11 ayında düyü idxalı ölkənin ümumi idxalında 0,33% paya malik olub.
Qeyd edək ki, ümumilikdə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 2,2 milyard ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edib ki, bu da bir il əvvələ nisbətən 214 milyon ABŞ dolları və ya 10,8% çoxdur.