Vaşinqton Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh müqaviləsinin bağlanması üçün iki ölkə ilə istənilən formatda qarşılıqlı fəaliyyətə hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “Amerikanın səsi” radiosunun erməni xidmətinin sorğusuna cavabında qeyd olunub. “ABŞ hökuməti Ermənistan və Azərbaycanın təhlükəsiz və firavan Cənubi Qafqaz üçün vacib olan uzunmüddətli və layiqli sülh razılaşmasına nail olmaq səylərini dəstəkləyir. Biz hər iki tərəflə onların razılaşa biləcəyi, irəliləyişin əldə olunağı istənilən formatda işləməyə hazırıq””, - ABŞ-nin xarici siyasət idarəsindən bildirilib.
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb