Polşa Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına və Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə səy göstərəcək.
“İki sahil” xəbər verir ki, bu, Polşanın Aİ Şurasına sədrliyi ilə əlaqədar fəaliyyət proqramında öz əksini tapıb. Bildirilib ki, bu addımlar Bakı ilə İrəvanın Aİ ilə əməkdaşlığının inkişafına da imkan yaradacaq. "Həmçinin gürcü xalqının Aİ-yə üzvlük arzuları dəstəklənəcək. Bununla yanaşı, ümumi xarici və təhlükəsizlik siyasəti (ÜXTS) çərçivəsində Qərbi Balkanlar və Türkiyənin Aİ ilə sıx əməkdaşlıq orbitində qalmasını təmin etmək üçün davamlı siyasi dialoqun qorunması da daxil olmaqla, səylər göstəriləcək", - proqramda qeyd olunub.
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb