03 yanvar 2025 18:53
264

Bu müraciət Vətənə sevginin işığıdır

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın hər yerində böyük coşqu ilə keçirilir. Hər il bu bay­ram günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edir, hər bir azərbaycanlının bayramını təbrik edir. Bu təbrik də dövlətin vətəndaşlarına müna­si­bəti kimi tarixləşir.

Dövlət başçısı xalqa bu il də müraciət etdi. Bu ilki müraciət ərazilərimizin işğaldan azad edilməsi ilinin müraciəti oldu. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyi ilin müra­ciəti kimi tarixləşdi. Dövlət başçımız bu müraciətdə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğu ilin sevincini hamı ilə bölüşdü, 2025-ci ili suverenliymizin bərpası baxımından əlamətdar il adlandırdı. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, Ermənistan silahlı qüvvələrinin istifadəsində olan hərbi infrastrukturun zərərsizləş­di­ril­mə­si­ndən, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərindən, Azərbaycan Res­pub­li­ka­sının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusunun ötən ilin sent­yabrın 19-da bölgədə lokal xarakterli antiterror əməliyyatı aparmasından, Azərbay­canın bütün ərazilərində Konstitusiya quruluşunun tam bərpa edilməsindən söz açdı, dedi ki, “Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq”. 

Dünya Azərbaycanlıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Er­­mənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn il hərbi büdcəmizi əhə­miyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qal­xıb” fikirlərini Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığının qarantı bilir. Gələn il Qarabağa və Şərqi Zəıngəzura 4 milyard manat ayırılacağı da eyni ovqat yaratdı...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa bu müraciəti Azər­bay­canın sabahlarına inamın, ehtiramın, sevginin müraciətidir. Hər bir azərbaycanlı bu müra­ciə­tin mahiyyətini özünə Vətən sevgisinin işığı bilir...

 Səbinə Xasayeva,

Milli Məclisin deputatı