04 yanvar 2025 18:05
321

La Liqa "Barselona"nın iki futbolçusuna lisenziya verməyib

İspaniyanın “Barselona” klubunun iki futbolçusu - Dani Olmo və Pau Viktora La Liqa tərəfindən lisenziya verilməyib.

“İki sahil” xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

Kataloniyalılar yanvarın 3-də maliyyə tələblərini yerinə yetirsələr də, futbolçuları qeydiyyata alınmayıb.

İspaniya Kral Futbol Federasiyasının qaydalarına əsasən mövsümün gedişində lisenziyası ləğv edilən oyunçu həmin mövsümdə eyni komandada yenidən lisenziya əldə edə bilməz.