"Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edir.
“İki sahil” "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Əl-Nəsr"dən Anderson Taliskanın keçidini həll edib.
Transferin yanvarın 13-də rəsmən açıqlanacağı bildirilib.
Qeyd edək ki, Anderson Talişka 2021-ci ilin yayından "Əl-Nəsr"də çıxış edir. Braziliyalı yarımmüdafiəçi bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 8 qol vurub. O. daha əvvəl Türkiyə "Beşiktaş"da çıxış edib. 30 yaşlı vinger 2016-2018-ci illərdə İstanbul klubunda 55 oyuna çıxıb və 27 qol vurub.