"Barselona"nın rəhbərliyinə daxil olan müxalifət qrupları klub prezident Joan Laporta və onun idarə heyətini dərhal istefa verməsini tələb edirlər.
“İki sahil” xəbər verir ki, klubla əlaqəli 10 qrup, platforma və assosiasiya bu barədə bəyanat dərc edib.
Tələbin önündə müvafiq olaraq "Si al Futur" və "Some un Clam" layihələrinin rəhbərləri, klub prezidentliyinə namizədlər Viktor Font və Joan Kamprubi dayanır. Laporta onların tələblərini qəbul etməkdən imtina edərsə, müxalifət prezidentə etimadsızlıq səsverməsi keçirə bilərlər.
Bu qərarın əsas səbəblərindən biri klubun yarımmüdafiəçi Daniel Olmo və hücumçu Pau Viktorun qeydiyyatdan keçirə bilməməsi, həmçinin "Nike" ilə müqavilənin uzadılması prosesidir.
Qeyd edək ki, Joan Laporta 2021-ci ilin martından Kataloniya təmsilçisinin prezidentidir.