"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne klubdan ayrılacağı haqda yayılan məlumatlara münasibət bildirib.
“İki sahil” xəbər verir ki, belçikalı yarımmüdafiəçi bu məsələlərlə maraqlanmadığını deyib: "İnsanların nə dedikləri məni maraqlandırmır. Sadəcə öz səviyyəmə qayıtmağa çalışıram. Hər həftə yaxşılaşdığımı hiss edirəm. İndi 90 dəqiqə oynaya bilirəm. Zədəyə görə xoşagəlməz bir neçə ay keçirdim. Amma indi bütün bunlar arxada qaldı”.
Xatırladaq ki, Kevin de Brüyne ilə Səudiyyə Ərəbistanı və ABŞ klublarının yaxından maraqlandığı haqda xəbərlər yayılmışdı. Onu Türkiyə “Fənərbaxça”sının da transfer etmək istədiyi yazılırdı.