Almaniyanın ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının sədri, kanslerliyinə namizəd Fridrix Merts ikili vətəndaşlığı olan və cinayət törətmiş şəxslərin Almaniya pasportundan məhrum edilməsinin mümkünlüyünü müdafiə edib.
“İki sahil” xəbər verir ki, bu barədə siyasətçi “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, 2024-cü ildə Almaniya vətəndaşlığına qəbul üçün müraciət edən 200 mindən çox insandan təxminən 80%-i gəldiyi ölkənin pasportunu saxlamaq istəyib:
“Beləliklə, ikili vətəndaşlıq qanunvericiliyimizdə bir qaydaya çevrilir. Biz ölkəyə əlavə problemləri belə gətiririk. Ən azı eyni səviyyədə cinayət törədən şəxslərin işində səhv etdiyimizi başa düşsək Almaniya vətəndaşlığından məhrum etmək mümkün olmalıdır”.