06 yanvar 2025 02:45
133

İordaniyadan Türkiyəyə yüksək səviyyəli səfər

İordaniya baş nazirinin müavini və xarici işlər naziri Ayman Safadinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Türkiyəyə səfər edəcək.

“İki sahil” xəbər verir ki, XİN başçısını Baş Qərargah rəisi və Baş Kəşfiyyat İdarəsinin rəisi müşayiət edəcək.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və MİT direktoru İbrahim Kalın İordaniya nümayəndə heyəti ilə görüşəcək.

Məlumata görə, görüşlərdə Qəzzada qalıcı atəşkəs üçün atılacaq addımlar və Suriyadakı son vəziyyət gündəmin əsas mövzuları olacaq.

Bundan başqa, terror təşkilatları ilə mübarizədə qətiyyət müzakiyə edilən mühüm mövzulardan biri olacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”