Laçın istiqamətində yanvarın 6-sı saat 14:10 radələrində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub.
Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
Qeyd edək ki, ötən gün də Ermənistan silahlı qüvvələri tərəfindən Laçının Zabux və Cağazur yaşayış məntəqələrini atəşə tutub.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar