06 yanvar 2025 16:23
493

YAP bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib

Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış və müvafiq media subyektlərində ödənişsiz təşviqat hüququ əldə etmiş yeganə siyasi partiya olan Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində bərabər şərtlər daxilində seçkiqabağı təşviqatın aparılmasının təmin olunması məqsədilə bu hüququndan istifadə etməmək qərarını Mərkəzi Seçki Komissiyasına bildirib.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlər üçün bütün ölkə ərazisində açıq və qapalı yerlər ayrılıb: "Bunun üçün 3 min 730 açıq, 2 min 180 qapalı görüş yeri müəyyənləşib".