Gürcüstanda Rusiya vətəndaşlarına hücumla bağlı araşdırma aparılır.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
"İstintaq Cinayət Məcəlləsinin 179 və 236-cı maddələri ilə aparılır", - deyə, məlumatda qeyd edilib.
Xatırladaq ki, Gürcüstanın dağlıq bölgəsi olan Nakra kəndində silahlı quldurlar evli cütlüyə - Rusiyadan gələn turistlərə hücum ediblər.