İspaniyanın “Real Madrid” komandası Özbəkistan millisinin futbolçusu Abdukodir Xusanovu transfer etmək istəyir.

“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, “kral klubu” Fransa “Lans”ında çıxış edən müdafiəçi ilə ciddi şəkildə maraqlanır. Liqa 1 təmsilçisi özbək oyunçunu 25 milyondan aşağı qiymətə buraxmaq niyyətində deyil.
Tanınmış insayder Fabritsio Romano İngiltərənin “Mançester Siti” klubunun da 20 yaşlı futbolçu üçün qarşı tərəflə danışıqlara başladığını yazıb.
A.Xusanov 2023-cü ildən "Lans"da çıxış edir. Futbolçunun klub ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
O, bu mövsüm 16 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq
"Sea Breeze 2026": Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub