06 yanvar 2025 18:30
157

“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 5 minədək şəxs cəlb ediləcək

2020-2025-ci illəri əhatə edən “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 5 minədək şəxsin cəlb edilməsi nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan bu layihə özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

Layihə gənclər, qadınlar, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə avadanlıqlar əldə edərək əmək bazarına çıxışına imkan yaradır.

Artıq 20 min şəxs “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində aktivlərlə təmin olunaraq istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaradıb.

22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulan layihənin uğurlu icrasının nəticəsi olaraq bu ilin sonunadək həmin rəqəmin 25 minə çatdırılması planlaşdırılır.