Gəncədə pravoslavlar Milad bayramını qeyd edib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub.
Daha sonra Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edilib.
Pravoslavlar kilsədə şamlar yandıraraq sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.
Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, yanvarın 6-dan 7-nə keçən gecə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.