07 yanvar 2025 14:11
130

Bakı Metropoliteni: Gedişhaqqı tarifləri ilə bağlı məsələ qaldırılmayıb

“Bakı Metropoliteni” QSC-də gediş haqqı tariflərinin artırılması ilə bağlı mediada, həmçinin sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

“İki sahil” xəbər verir ki,  QSC-dən bildirilib ki, “Bakı Metropoliteni” QSC gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti mövcud deyil. Qeyd edilib ki, cəmiyyət dövri olaraq, aidiyyəti dövlət qurumları qarşısında hesabatlarını, o cümlədən maliyyə hesabatlarını təqdim edir.

“Bakı Metropoliteni” QSC metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlara müraciət etməyib. Hazırda Bakı metrosunda sərnişindaşıma xidməti üzrə tarifləri dəyişiklik edilmədən, 2024-cü il iyul ayının 1-dən qüvvədə olan bir gediş üçün 50 qəpik olmaqla fəaliyyətini davam etdirir. İctimaiyyəti şayiə xarakterli məlumatlara inanmamağa, yalnız rəsmi və etibarlı mənbələrin məlumatlarına istinad etməyə çağırırıq”, - deyə QSC-nin yaydığı məlumatda bildirilir.

***

"Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb.