07 yanvar 2025 17:31
147

Slovakiyanın Baş naziri çıxış yolu axtarır

Slovakiyanın Baş naziri Robert Fitso yanvarın 9-da Brüsseldə Avropa Komissiyasının nümayəndələri ilə Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılmasına dair vəziyyəti müzakirə edəcək.

“İki sahil” “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Slovakiyanın hökumət dəftərxanası məlumat yayıb.

Ukrayna ilə Rusiya arasında tranzit sazişinin müddəti başa çatdıqdan sonra yanvarın 1-də Ukrayna ərazisindən tədarük dayandırılıb.

Lakin R.Fitso bu marşrut üzrə Rusiya qazının tədarükünün davam etdirilməsində maraqlı olub. Onun sözlərinə görə, bu addım Slovakiya üçün böyük iqtisadi itkilərə səbəb olduğuna görə Ukraynanı cavab tədbirləri ilə hədələyib.