Vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 6 ov tüfəngini könüllü polisə təhvil veriblər.