Tammiqyaslı müharibənin başlanmasından indiyədək Ukrayna da müharibə nəticəsində zədələnmiş 963 tibb müəssisəsi tam və ya qismən bərpa edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müxtəlif regionları əhatə edən 963 tibb müəssisəsindən 593-ü tam, 370-i isə qismən bərpa olunub.
Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, genişmiqyaslı müharibə 1971 tibb müəssisəsinin zədələnməsi, daha 300 tibb müəssisəsinin tamamilə məhv olması ilə nəticələnib.
Bundan əlavə, müharibə başlayandan bəri Rusiya 233 təcili yardım maşınına ziyan vurub, 273-ü sıradan çıxarıb, 80 təcili yardım maşınını isə ələ keçirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”