Türkiyədə 2 həftə ərzində 38 vilayətdə FETÖ-yə qarşı jandarma tərəfindən həyata keçirilən “Kıskaç-33” əməliyyatlarında 63 şübhəli saxlanılıb, onlardan 36-sı həbs edilib.
“İki sahil” xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Nazirin məlumatına görə, əməliyyat Vilayət Jandarma Komandirliyi tərəfindən Jandarma Baş Komandanlığının Terrorla Mübarizə Şöbəsi koordinasiyasında Adana, Adıyaman, Afyonkarahisar, Aksaray, Ankara, Aydın, Balıkəsir, Batman, Bayburt, Burdur, Bursa, Çanaqqala, Çankırı, Ədirnə, Hatay, Isparta, İstanbul, İzmir, Kayseri, Kırşehir, Kilis, Konya, Kütahya, Manisa, Mardin, Mersin, Nevşehir, Sakarya, Samsun, Sinop, Sivas, Şanlıurfa, Tekirdağ, Uşak, Yalova, Yozgat, Kahramanmaraş və Zonquldakda keçirilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”