08 yanvar 2025 10:36
100

ABŞ vitse-prezidentinin iqamətgahı yanğınlar səbəbindən təxliyə zonasına daxil edilib

ABŞ vitse-prezidenti Kamala Harrisin iqamətgahı Los-Ancelesi bürüyən meşə yanğınları səbəbindən təxliyə zonasına daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, m​​​​​​eşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu arasında yerləşən Pasifik-Paliseyds sahil rayonunda başlayıb. Yanğın sahəsi 1 182 hektar ərazini əhatə edib, yaşayış evləri məhv olub, söndürmə işlərinə aviasiya cəlb edilib.

Yanğın səbəbindən təxminən 30 min nəfər təxliyə edilib.