08 yanvar 2025 12:56
105

Kişinyov hava limanında tapılan partlayıcı maddələr Ukraynadan göndərilib

Kişinyov hava limanında aşkarlanan partlayıcı maddələr Ukraynadan göndərilib və Gürcüstana çatmalı idi.

“İki sahil” xəbər verir ki,  bu barədə “Pervıy v Moldove” telekanalı məlumat verib.

"Təhlükəli maddə Ukraynadan göndərilən bağlamada olub və Gürcüstanın Tbilisi şəhərinə çatdırılmalı idi", - deyə, məlumatda qeyd edilir.

Partlayıcı maddələr baqajın yoxlanılması üçün xüsusi avadanlıq vasitəsilə aşkar edilib. Kişinyov hava limanının gömrükçüləri bağlamada yerləşən partlayıcı qurğunu aşkar edərək zərərsizləşdirib.