08 yanvar 2025 13:45
127

Türkiyə və Suriya PKK-ya qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyi planlaşdırır

Türkiyə və Suriyanın yeni hökumətinin silahlı qüvvələri Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı genişmiqyaslı hərbi əməliyyat keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazır.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib. Əgər PKK-YPG silahı yerə qoymazsa, Suriyada başqa bir idarəetmədə israr edərsə və Qərb ölkələri bu istiqamətdə tələblər irəli sürərsə, Suriya dövləti ilə birlikdə genişmiqyaslı hərbi əməliyyat qaçılmaz olacaq", - nəşr yazır.

Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Suriyadakı PKK yaraqlılarına ultimatum verdiyini bildirib. Çağırışlara məhəl qoyulmayacağı təqdirdə hərbi əməliyyat aktual ola bilər.