08 yanvar 2025 14:07
123

La Liqanın 3 klubu "Barselona"ya qarşı çıxdı

La Liqanın bir neçə klubu "Barselona"nın futbolçuları Dani Olmo və Pau Viktora lisenziya verilməsinə qarşıdır.

“İki sahil” xəbər verir ki, bu barədə "Ondo Cero" məlumat yayıb.

Daha əvvəl bildirilirdi ki, Ali İdman Şurası (CSD) La Liqa və İspaniya Kral Futbol Federasiyasının (RFEF) imtina etməsinə baxmayaraq, Olmo və Viktorun müvəqqəti qeydiyyatına icazə vermək niyyətindədir. Buna səbəb “Barselona”nın tələbinin hüquqi əsası və öyrənilməsi üçün kifayət qədər arqumentə malik olmasıdır.

Lakin La Liqanın 3 klubu “Barselona”nın futbolçularının lisenziyalaşdırılmasına qarşı çıxıb. Həmin klublar “Atletiko”, “Atletik” və “Sevilya”dır.

Klubların məsələyə mənfi münasibətinin səbəbləri açıqlanmayıb.