08 yanvar 2025 15:11
109

Həbsdə olan italiyalı jurnalist azad edilib

İranda həbs edilən italiyalı jurnalist Sesiliya Sala azadlığa buraxılıb.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Giorgia Meloni sosial media hesabında bildirib.

Onun sözlərinə görə, jurnalist azad edilib və İtaliyaya qayıdır: “Sesiliya Salanı Tehrandan vətənə gətirən təyyarə uçuşdadır. Diplomatik və kəşfiyyat kanallarında aparılan gərgin iş sayəsində həmyerlimiz İran hakimiyyəti tərəfindən azad edilib və İtaliyaya qayıdır. Mən şəxsən telefon danışığı zamanı jurnalistin valideynlərinə məlumat vermişəm. Sesiliyanın geri qayıtmasında, ailəsini və həmkarlarını yenidən qucaqlamağa imkan verən hər kəsə minnətdarlığımı bildirmək istəyirəm”.

Qeyd edək ki, italiyalı jurnalist Sesiliya Sala dekabrın 19-da İranda həbs edilib.