Fransa iddia edir ki, beynəlxalq hüququ dəstəkləyir, amma onlar eyni zamanda müstəmləkə siyasəti yürüdür.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakı Təşəbbüs Qrupunun (BTQ) Fransanın Milli Təhlükəsizlik və Müdafiə Baş Departamenti - "VIGINUM" tərəfindən 2024-cü ilin dekabr ayında dərc olunan hesabatda əksini tapan əsassız iddialara cavab məqsədilə keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, Fransa dezinformasiya yayaraq, BTQ-nin Fransa xalqına qarşı mübarizə apardığını bildirir.
"Bu, yanlışdır. E.Makron beynəlxalq hüququ dəstəklədiyini iddia edirsə, niyə müstəmləkə altında saxladığı ərazilərdə insanların fundamental hüquqları təmin edilmir?”, - deyə A.Abbasov bildirib.
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb