Bildiyimiz kimi 25 dekabrda Azərbaycanın AZAL şirkətinə məxsus təyyarə Aktau yaxınlığında Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalaraq, qəzaya uğramışdır. Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u yaralanıb. Ekipaj üzvləri də daxil olmaqla onlardan 42-si Azərbaycan vətəndaşı olub.Baş verən qəzada sağ qalanlar pilotların qəhrəmanlıqlarının göstəriciləridir. Onların fədakarlığı,peşəkarlığı,qəhrəmanlığı təyyarənin Aktau şəhərində qəza enişi etməsinə və neçə nəfərin həyatının xilas olmasına kömək oldu. Tək pilotların yox, eyni zamanda, bütün ekipajın göstərdiyi fəaliyyət danılmazdır.
Onlar qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində,sərnişinlərin həyatının xilas edilməsində böyük şücaət göstərmişdilər. Baş verən təyyarə qəzası ilə əlaqədar Prezident İlham Əliyev 26 dekabr Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb. Bakı-Qroznı reysini həyata keçirən ekipaj üzvlərinə-İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Sağ qalan təyyarə bələdçiləri “Rəşadət” ordeni ilə təltif olunublar.
Pilotların və ekipaj üzvlərinin göstəriyi cəsarət Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq.Təyyarə qəzasında böyük fədakarlıq göstərən qəhrəman pilotlarımıza,ekipaj üvzlərinə,sərnişinlərə rəhmət,onların ailələrinə səbr,yaralılara isə şəfa diləyirik.
Zümrüd Əliyeva,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi