09 yanvar 2025 13:53
106

Dələduzluqda ittiham olunan Rail Abbasova hökm oxunub

Dələduzluqda ittiham olunan Rail Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“İki sahil” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rail Abbasov 6 il 6 ay il müddətində azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı onun 8 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2023-cü il sentyabrın 20-də Nəsimi rayon Məhkəməsi Rail Abbasov barəsində həbs-qətimkan tədbiri seçib.

İttihama görə, Rail Abbasov Əsgər Həziyevin ona verdiyi 217 min manatı mənimsəyib. Onun barəsində cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.