Güclü meşə yanğınlarının davam etdiyi Los-Anceles dairəsində 180 min insana təxliyə ilə bağlı xəbərdarlıq edilib.
“İki sahil” xəbər verir ki, bu barədə dairə şerifi Robert Luna məlumat verib.
“Hazırda Los-Anceles dairəsində təxminən 180 min insana təxliyə olunması nəzərdə tutulur, daha 200 min insan mümkün evakuasiya zonasındadır”, - deyə o bildirib.
Şerif onu da qeyd edib ki, yanğınlar başlayandan bəri hüquq-mühafizə orqanlarının əməkdaşları 20-yə yaxın qarətçini saxlayıb.
"İndiyə qədər 20 həbs olub, təəssüf ki, bu rəqəmin artacağına inanıram. Biz bu cür davranışa dözməyəcəyik", - Luna vurğulayıb.