10 yanvar 2025 09:03
107

HƏMAS məhbus açıqlaması: Onları yalnız Mübadilə Müqaviləsi ilə geri ala bilərlər

"İsrail ilə məhbus mübadiləsi müqaviləsinə tətbiq olunacaq qaydalar var və bu qaydalara görə İsrail öz əsirlərini, biz də əsirlərimizi alacağıq. Amma təbii ki, razılaşma olmadan əsirləri sağ olaraq geri ala bilməyəcək”.

“İki sahil” xəbər verir ki, bunu HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan deyib.

Netanyahunun uğur imici axtarışında məhbusların taleyi ilə oynadığını, onları azad etmək istəmədiyini və əsirlərin öldürülməsini istədiyini qiymətləndirən Həmdan, HƏMAS-ın şərtlərini açıqlayıb: “Bizim üçün şərt hücumların sona çatması və İsrailin Qəzza zolağından çəkilməsidir”.

Həmdan, İsrail işğalının planlarının Fələstin xalqını aşdığını və hazırda bütün bölgəni təhdid etdiyini deyib: "İşğala qarşı üzərimizə düşəni sona qədər edirik və qardaşlarımızın da üzərinə düşəni etmələrini gözləyirik. Hər hansı bir səhlənkarlıq təkcə Fələstin xalqına deyil, laqeyd xalqlara da mənfi təsir göstərir".

Məhərrəm Ağalaroğlu, “İki sahil”