10 yanvar 2025 14:04
93

Aİ missiyanın müddətinin uzadılmasını nəzərdən keçirməyə hazırdır

Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsinin ofisi Aİ-nin Ermənistandakı mülki missiyasının müddətinin daha iki il uzadıla biləcəyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə ali nümayəndənin mətbuat xidməti "Azatutyun"un sorğusuna cavabında məlumat verib.

"Üzv ölkələr təklifi alqışlayıb və hazırda Aİ Şurasının müvafiq orqanları ilə zəruri hüquqi aktları müzakirə edir. Şuranın yaxın günlərdə bununla bağlı qərar qəbul edəcəyi gözlənilir", - sorğuya cavabda qeyd olunub.