Prezident İlham Əliyev yanvarin 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb. Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib: "İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə- minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artıılması məsələlərinə də daim diqqət göstərəcəyik"
Dövlət bașçısı bu il yanvarın birindən minimum əməkhaqqı və pensiyanın artdığinı vurğulayıb.Bildiyiniz kimi, bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb va 320 manata çatib. Orta hesabla artım 14-15 faizdir.
Dövlət başçısının sözlərinə görə bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə da bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. mkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi va bu
məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək.
Ötən ilin əvvəlindən ölkə əhalisinin sayı 19 min 243 nafər va ya 0,2 faiz artaraq 2024-cü il iyul ayinın 1-i vəziyyətinə 10 milyon 200 min nəfərə çatıb. Həmçinin bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri təskil edir. Onlardan 49,8 faizi kisi, 50,2 faizi isə qadınlardır.
Lalə Salahova,
264 nömrəli məktəb-liseyin tarix müəllimi