10 yanvar 2025 22:22
86

Maduro yenidən Prezident olub

Nikolas Maduro Moros üçüncü dəfə Venesuela Prezidenti vəzifəsinin icrasına başlayıb.

“İki sahil” xəbər verir ki, Maduro Karakasda, ölkə parlamentində and içib.

Onu ölkənin birinci xanımı Silia Flores müşayiət edib. Yeni müddətdə Maduro 2031-ci ilə qədər Prezident vəzifəsini tutacaq.

Xatırladaq ki, Maduro ötən il iyulun 28-də keçirilən prezident seçkilərində qalib gəlib. Seçicilərin 51,95 %-i ona səs verib. Onun əsas rəqibi Edmundo Qonzales Urrutia seçicilərin 43,18 %-nin dəstəyini qazanıb.