11 yanvar 2025 00:13
86

Ukraynanın arzusu təhlükəsizlik zəmanəti almaq və...

Ukraynanın arzusu təhlükəsizlik zəmanəti almaq və 2025-ci ildə Rusiya ilə müharibəyə son qoymaqdır. Bunun reallaşması üçün lazım olan hər şey ediləcək.

“İki sahil” “RBK-Ukrayna” istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “RaiNews24” telekanalına müsahibəsində bildirib.

Prezidentin fikrincə, Ukraynanın yenidən müharibəyə imkan verməyəcək təhlükəsizlik zəmanətlərinə ehtiyacı var.

Xatırladaq ki, daha əvvəl Prezident Volodimir Zelenski Ukraynanın bu il müharibəni bitirmək üçün əlindən gələni edəcəyini deyib. Müharibəyə son qoymaq Rusiyanın deyil, Ukrayna və onun tərəfdaşlarının ümumi məqsədidir.