Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk aeroportlarının fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.
“Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarında Moskva vaxtı ilə 08:30-da (Bakı vaxtı ilə 09:30) təyyarələrin qəbuluna və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb”, - idarənin teleqram kanalında bildirilib.
Məhdudiyyətlərin qüvvədə olduğu müddətdə Kazana uçan iki təyyarə Ufa ehtiyat aerodromunda eniş edib.
***
Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Rosaviatsia" məlumat yayıb.
"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan, Nijneкamsk, Ulyanovsk hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - qurumun teleqram kanalında bildirilib.
Qeyd olunub ki, aeroportlar müvəqqəti olaraq reyslər qəbul etmir və yola salmır.