"Real"ın hücumçusu Vinisius Junior və ailəsi futbol klubu almağı düşünür.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Qustavo Hofman sosial şəbəkələrdə məlumat yayıb.
24 yaşlı futbolçunun maraqlandığı komandanın adı açıqlanmır. Qeyd olunur ki, bu, Portuqaliyanın 2-ci divizionunda çıxış edən klubdur.
Bu mövsüm Vinisius bütün yarışlarda 23 oyun keçirib, 13 qol vurub və 9 qolun ötürməsini verib. Onun "Real"la hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalına görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.