Livanın Baş naziri Nəcib Mikati Suriyaya səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bu, 2010-cu ildən bəri Livan hökumət başçısının Dəməşqə ilk rəsmi səfəridir.
Telekanalın məlumatına görə, N.Mikatinin yeni Suriya administrasiyasının rəhbəri Əhməd əş-Şaraa ilə danışıqları başlayıb.
Qeyd olunub ki, nümayəndə heyətinin Dəməşqə səfəri ilə bağlı qərar yanvarın 7-də Livan Nazirlər Kabinetinin iclasında qəbul edilib.