11 yanvar 2025 19:55
109

Milli Məclisin üzvü Xanlar Fətiyev Bərdədə və Tərtərdə vətəndaşları qəbul edib

Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Milli Məclisin deputatı Xanlar Fətiyev YAP Bərdə rayon təşkilatının inzibati binasında və Tərtər rayonunun Mamırlı və Köçərli kəndlərində vətəndaş qəbulu keçirib.

“İki sahil” xəbər verir ki, qəbul zamanı Xanlar Fətiyev Tərtər rayonunun Mamırlı və Poladlı kəndlərarası dağılmış bir kilometrlik yolunun bərpası,  Poladlı kəndindən suvarma kanalının təmizlənməsi, Köçərli kəndində suvarma və içməli su problemlərinin, həmçinin vətəndaşların işlə təmin olunma, maddi yardımla bağlı və s. şəxsi problemləri ilə tanış olub, onları narahat edən müraciətlərin həllinə çalışıb.

Qəbulda vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar qəbulla bağlı razı qaldıqlarını bildirmiş, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.