Bu gün Qazaxıstanda yerli vaxtla saat 16:15-də zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, Qazaxıstan Milli Məlumat Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, yeraltı təkanlar Almatıdan təxminən 77 km şimal-şərqdə qeydə alınıb.
“Qazaxıstan Respublikası Milli Nüvə Mərkəzinin Geofizika Tədqiqatları İnstitutunun Məlumat Mərkəzinin əməliyyat məlumatlarına əsasən, 11 yanvar 2025-ci il tarixində Astana vaxtı ilə saat 16:15-də Almatı şəhərindən təxminən 77 km şimal-şərqdə zəlzələ baş verib. Zəlzələnin ocağının koordinatları 43,59 dərəcə şimal eni, 77,80 dərəcə şərq uzunluğudur”, - deyə bildirilib.
Güc 3,8 bal təşkil edib. Zəlzələnin enerji sinfi 8,8 bal gücündə olub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Tramp Qrenlandiya təhdidlərindən geri çəkildikdən sonra qızıl ucuzlaşıb, səhmlər yüksəlib
MERCOSUR sazişinə qarşı aksiyalarda etirazçılarla polis arasında toqquşma baş verib